Bakıda qatı toz dumanının nədən yarandığı açıqlanıb

23-08-2017, 15:11
Oxunub: 55
Buna səbəb Türkmənistan ərazisindən daxil olan toz dumanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bakı və Abşeron yarımadasında müşahidə olunan toz dumanı ilə bağlı açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, ETSN-in Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin avqust 23-də səhər saatlarında apardığı monitorinqlərin nəticələrinə əsasən, Bakı və Abşeron yarımadasında havada olan tozun miqdarının sanitar normadan artıq olduğu müəyyən edilib.

Buna səbəb Türkmənistan ərazisindən daxil olan toz dumanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır.

Nazirlikdən bildirilib ki, Bakı və Abşeron yarımadasında zəif cənub-şərq küləyinin əsməsi, yüksək nisbi rütubət və temperaturun olması ilə əlaqədar avqustun 26-dək atmosfer havasında tozun miqdarının bir qədər də artacağı proqnozlaşdırılır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti