Maduro Rusiyaya səfər etmək niyyətindədir
23-08-2017, 14:41
Oxunub: 324
"Biz ikitərəfli münasibətləri möhkəmləndirəcəyik”
Venesuela prezidenti Nikolas Maduro yaxın zamanda Rusiyaya səfər etmək niyyətində olduğunu bildirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Maduro bu barədə Karakasda keçirdiyi mətbuat konfransında bildirib.
“Mən tezliklə Rusiyaya səfər etməyi planlaşdırıram. Biz ikitərəfli münasibətləri möhkəmləndirəcəyik”, - deyə Maduro bildirib.
Onun sözlərinə görə, Venesuela və Rusiya arasında yaxın və etibarlı əlaqələr mövcuddur.
“Putin sülhün bərqərar olmasına çalışan əsas dünya liderlərindən biridir”, - deyə Maduro qeyd edib.