Şimali Koreya döyüş başlıqlarının sayını artıracaq

23-08-2017, 14:36
Oxunub: 48
Kim Çen In bərk yanacaqlı raket mühərrikləri və döyüş başlıqlarının istehsalının artırılmasına dair göstəriş verib


Şimali Koreya lideri Kim Çen In Kimyəvi Materiallar Elmi İnstituta baş çəkərək bərk yanacaqlı raket mühərrikləri və döyüş başlıqlarının istehsalının artırılmasına dair göstəriş verib.   

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

“Kim Çen In elmi instituta dəqiq dəzgahlar, karbon və qarışıq materiallardan istifadə etməklə bərk yanacaqlı raket mühərrikləri və döyüş başlıqlarının istehsalını artırmağı tapşırıb”, - deyə məlumatda bildirilir.

Şimali Koreya bundan əvvəl ABŞ-ın aviabazasının yerləşdiyi Quam adasına zərbənin endirilməsi ilə bağlı hazırlıq işlərinin başa çatdırıldığını bəyan edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti