Azərbaycan Ukraynadan mal ətinin idxalını artırıb

23-08-2017, 14:22
Oxunub: 32
82,8 mln. dollarlıq məhsul tədarük edilib


Ukrayna bu ilin yanvar-iyul aylarında 64 mln. dollar məbləğində təzə və soyudulmuş mal əti ixrac edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə (30 mln. dollar) iki dəfə çoxdur.

"Report" xəbər verir ki, bu, "Ukrayna Aqrar Biznes Klubu" assosiasiyasının məlumatında qeyd edilib.

2016-cı il ərzində ölkədən 82,8 mln. dollarlıq məhsul tədarük edilib.

"Bu il xarici ölkələrə daha çox dondurulmuş mal ətinin satışı artıb. Ətin ixrac strukturunda 26% təzə və soyudulmuş ətin, qalan 74% isə dondurulmuş mal ətinin payına düşür. 2016-cı ilin analoji dövrü ilə müqayisədə dondurulmuş ətin xaricə satışı 2,7 dəfə artıb və 42,3 mln. dollar təşkil edib", - deyə Assosiasiyanın məlumatda qeyd edilib.

Qeyd edək ki, Ukraynanın mal əti əsasən MDB ölkələrinə satılıb. Dondurulmuş və soyudulmuş ətin bütün tədarükü bu regiona reallaşdırılıb. Bu qrupdakı ölkələr sırasında ön yerləri Belarus (40%), Azərbaycan (22%) və Qazaxıstan (16%) bölüşür.

Bütün ixracın daha 16%-i isə Asiya ölkələrinin payına düşür. Burada Ukrayna ətinin əsas alıcıları İraq və Gürcüstan hesab edilir. Qalan mal əti isə Afrikaya, əsasən Misirə göndərilir. Cari ilin ilk yarısında təzə və soyudulmuş ətin reallaşdırılmasının orta qiyməti MDB ölkələri üçün 2,6 dollar/kq, Asiya ölkələri üçün 3,8 dollar/kq təşkil edib.

Eyni dövrdə diri iribuynuzlu malın ixracında da artım qeydə alınıb. Bu ilin yanvar-iyul aylarında xaricə 18 mln. dollar məbləğində belə növ mal satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20% çoxdur. Bu məhsulun əsas istehlakçıları Livan (35%), Azərbaycan (24,4%) və İordaniya (18,4%) olub. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti