Ərdoğan: “Almaniya ya Türkiyə ilə yenidən gözəl işlər görmək yolunu axtarar, ya da 2019-cu il gözləyər”

23-08-2017, 14:12
Oxunub: 33
2019-cu ilin oktyabrında isə Türkiyədə parlament seçkiləri keçiriləcək


 “Almaniya seçkilərdən sonra ya Türkiyə ilə yenidən gözəl işlər görmək yolunu axtarar, ya da 2019-cu il gözləyər”.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İordaniya səfərindən Ankaraya dönərkən jurnalistlərə bildirib.

Türkiyə prezidenti Almaniya ilə ölkəsi arasındakı mövcud böhrana toxunaraq deyib: “Bu qədər hücum edirlərsə, deməli, yaxşı işlər görürük. Biz isə yaxşı işlər görərək, yaxşı nəticələr də alacağıq. Almaniya seçkilərə qədər bu şəkildə gedər. Seçkilərdən sonra ya Türkiyə ilə yenidən gözəl işlər görmək yolunu axtarar, ya da 2019-cu il gözləyər”.

Xatırladaq ki, bu il sentyabrın 24-də Almaniyada, 2019-cu ilin oktyabrında isə Türkiyədə parlament seçkiləri keçiriləcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti