Türkiyə, Azərbaycan və Gürcüstan XİN başçılarının Bakı görüşünün vaxtı məlum olub

22-08-2017, 18:57
Oxunub: 268
Görüşün sentyabrın 7-də keçirilməsi gözlənilir


Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçiriləcək üçtərəfli görüşünün vaxtı məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, görüşün sentyabrın 7-də keçirilməsi gözlənilir.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu isə görüşdə iştirak etmək üçün sentyabrın 6-da Bakıya gələcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti