Ramil Usubov Pakistan səfiri ilə görüşüb

22-08-2017, 18:54
Oxunub: 54
General-polkovnik Pakistan İslam Respublikasının Azərbaycandakıi səfiri Səid Xan Mohmandı qəbul edib


Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Pakistan İslam Respublikasının Azərbaycandakıi səfiri Səid Xan Mohmandı qəbul edib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, R. Usubov iki dost ölkənin Daxili İşlər nazirlikləri arasında son illər sıx münasibətlərin mövcudluğundan, imzalanmış beynəlxalq hüquqi sənədlər əsasında transmilli mütəşəkkil cinayətkarlıqla, xüsusilə narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiyaya və insan alverinə qarşı mübarizədə birgə səylərin göstərilməsindən, əməliyyat məlumatlarının mübadiləsindən məmnunluğunu bildirib, qarşılıqlı səfərlərin və bu görüşün birgə işbirliyinin daha da dərinləşdirilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Problemlərə toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərinin, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin diqqət mərkəzində dayandığı və belə qlobal xarakterli təhlükəli cinayətlərlə səmərəli mübarizədə səylərin birləşdirilməsinin zəruriliyi qeyd olunub.

Səid Xan Mohmand dövlətlər və xalqlar arasında dostluq, qardaşlıq münasibətlərinin dərin köklərə malik olduğunu önə çəkərək xüsusilə son illər ərzində bütün sahələrdə əlaqələrin daha sürətli inkişafından, Azərbaycanda yaradılmış sabitlik və əmin-amanlıqdan, ölkənin və onun paytaxtının dünyanın ən təhlükəsiz dövlət və şəhərlərindən biri olmasından məmnunluğunu bildirib.

Transmilli mütəşəkkil cinayətkarlıqla, xüsusən Pakistanın zəngin təcrübə topladığı beynəlxalq terrorçuluqla birgə mübarizənin zəruriliyinə dair nazirin fikirlərini bölüşən səfir yüksək səviyyədə olan ikitərəfli əməkdaşlığın bütün sahələrdə daha da inkişafı üçün öz səylərini əsirgəməyəcəyini vurğulayıb.   
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti