Putin və Sarkisyan Soçidə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər

22-08-2017, 15:21
Oxunub: 56
Serj Sarkisyan avqustun 23-də Rusiyaya qısamüddətli işçi səfərə yollanacaq


Rusiya və Ermənistan prezidentləri Vladimir Putin və Serj Sarkisyan Dağlıq Qarabağ problemini müzakirə edəcəklər.

APA-nın “kremlin.ru”ya istinadən verdiyi məlumata görə, Serj Sarkisyan avqustun 23-də Rusiyaya qısamüddətli işçi səfərə yollanacaq. Soçidə Rusiya prezidenti ilə görüş zamanı Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, tərəflər KTMT və Avrasiya İqtisadi Əməkdaşlıq təşkilatı çərçivəsində əməkdaşlıq, ikitərəfli, regional və beynəlxalq məsələləri də müzakirə edəcəklər. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti