Ali məktəblərin boş qalan yerlərinə keçid balları açıqlanıb

22-08-2017, 15:14
Oxunub: 219
Dövlət sifarişli yerləri üzrə formalaşmış keçid balları Azərbaycan və rus dillərində təqdim olunub


Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 9-cu nömrəsini nəşr edib.

DİM-dən APA-ya verilən xəbərə görə, “Abituriyent” jurnalının 9-cu nömrəsində 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı, müsabiqə nəticəsində ixtisasların həm ödənişli əsaslarla olan yerləri, həm də dövlət sifarişli yerləri üzrə formalaşmış keçid balları Azərbaycan və rus dillərində təqdim olunub. 

Jurnalı  “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq olar. Abituriyentlər jurnalın elektron versiyasını (pdf formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək də mümkündür.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti