Hava günəşli olacaq

22-08-2017, 13:08
Oxunub: 83
Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq


Avqustun 23-də Bakı və Abşeron yarımadasında havagünəşli olacaq.

Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 23-26° isti, gündüz 32-37° isti, Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 60-65 %, gündüz 40-45 % olacaq. 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-25°, gündüz 34-39° isti, dağlarda gecə 13-18°, gündüz 25-30° isti olacağı gözlənilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti