"Azərbaycan İpoteka Fondu" audit şirkətinin seçilməsi ilə bağlı satınalmanın müddətini uzadıb

22-08-2017, 12:51
Oxunub: 51
Satınalma üzrə zərflər 15 sentyabr 2017-ci il saat 15:00-da Cəmiyyətin inzibati binasında açılacaq


"Azərbaycan İpoteka Fondu" ASC-nin 2017-ci il üzrə maliyyə hesabatlarının auditinin keçirilməsi üçün kənar auditorun seçilməsi ilə bağlı xidmət təkliflərinin cəlb olunması üzrə satınalmanın müddətinin uzadılmasını elan edir.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, satınalma üzrə ilkin sənədlər 05 sentyabr 2017-ci il saat 18:00-dək, təklif zərfləri isə 14 sentyabr 2017-ci il saat 18:00-dək Cəmiyyətin Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcək. Satınalma üzrə zərflər 15 sentyabr 2017-ci il saat 15:00-da Cəmiyyətin inzibati binasında açılacaq.

Təklifin qüvvədə olma müddəti 14 noyabr 2017-ci il, təklifin təminatının qüvvədə olma müddəti 29 dekabr 2017-ci il tarixinədək olması müəyyən edilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti