Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi İrana səfər edəcək

21-08-2017, 18:40
Oxunub: 339
M.Baqiri Ankarada başladıqları müzakirələri Tehranda davam etdirəcəklərini söyləyib


Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar yaxın zamanlarda Tehrana səfər edəcək.

Report İran KİV-inə istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi Məhəmmədhüseyn Baqiri avqustun 21-də Tehranda Türkiyəyə səfəri ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, türkiyəli həmkarı çox yaxın zamanda İrana səfər edəcək.

M.Baqiri Ankarada başladıqları müzakirələri Tehranda davam etdirəcəklərini söyləyib.

Qeyd edək ki, o, Türkiyədə keçirdiyi görüşlərdə terrorçuluğa qarşı mübarizə, bölgədəki vəziyyət, qarşılıqlı müdafiə istiqamətində əlaqələr və sərhəd bölgələrində əməkdaşlığa dair məsələləri müzakirə edib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da İrana səfəri gözlənilir. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti