Samir Nəsri "Mançester Siti"dən "Antalyaspor"a keçib

21-08-2017, 18:31
Oxunub: 301
Fransalı futbolçunun illik 4 milyon avro məvacib alacağı bildirilir


İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Samir Nəsri karyerasını Türkiyə “Antalyaspor”unda davam etdirəcək.

Report-un Superliqa təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 30 yaşlı yarımmüdafiəçi ilə iki illik müqavilə bağlanılıb.

Fransalı futbolçunun illik 4 milyon avro məvacib alacağı bildirilir.

Qeyd edək ki, Samir Nəsri 2011-ci ilin avqustunda 22 milyon funt sterlinq qarşılığında London “Arsenal”ından “Mançester Siti”yə keçib. O, ötən mövsüm icarə əsasında İspaniyanın “Sevilya” komandasının formasını geyinib və 23 matçda 2 qol vurub. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti