Dünyanın ən yaxşı 5 installyasiya əsəri - FOTOLAR

21-08-2017, 13:02
Oxunub: 460
Əsərlər bağlı və ya açıq məkanlarda qurula bilər

İnstallyasiya (yerləşdirmə, quraşdırma) - ənənəvi sənət əsərlərindən fərqli olaraq, ətrafdan müstəqil sənət obyekti ehtiva etməyən, müəyyən bir məkan üçün yaradılan, məkanın xüsusiyyətlərini istifadə edib araşdıran və tamaşaçı iştirakının təməl vaciblik olduğu sənət növüdür. Bağlı və ya açıq məkanlarda qurula bilər. Hər il bu sənətlə məşğul olan kəslər dünyanın müxtəlif yerlərində öz bacarıqlarını göstərir, insanların zövqlərini oxşayırlar.

Etatist.com 2017-ci ilin birinci yarısına qədər hazırlanan 5 ən yaxşı installyasiyaları təqdim edir:

1. Cif Kons, Nyu-York - "Oturan balerin"

Nyu Yorkda Rokfeller Mərkəzində hazırlanıb. Uzunluğu 14 metrdir, gözəlliyi, birliyi təmsil edir. Bu installyasiya sənətçi Cif Konsun "Antik varlıq" adlı əsərində istifadə etdiyi fiqurun böyüdülmüş halıdır. Sənətçinin istifadə etdiyi ləvazimatlar sayəsində installyasiyada şəhərin əksi görünür. Bu da insanlara ona yaxınlaşdıqda şəhərin ətrafında özlərini görmə üstünlüyü yaradır. Cif Kons əsəri haqqında danışakən "insanlara ümid verəcəyini düşünürəm" deyə bildirib.

Dünyanın ən yaxşı 5 installyasiya əsəri - FOTOLAR

2. Lorezno Quin, Venesiya - "Dəstək"

Venesiyada "Bienali için Ca’ Sagredo" otelinin ətrafında yerləşən əllər qlobal istiləşməyə diqqət çəkmək məqsədi ilə hazırlanıb. Sənətçi Lorezno bundan əvvəlki işlərində də müxtəlif bədən hissələrindən istifadə edib. Bu dəfə isə əllərə yönələrək, "sevgi, nifrət, yaratmaq, yox etmək gücü əllərdə birləşir" deyə öz işini şərh edib. Qlobal istiləşmədən ən çox zərər görəcək olan Venesiyada sərgilənən əsər, insanlığın yaratdığı ən gözəl şəhərin özünün yaratdığı səbəblərdən dolayı məhv olacağını önə çəkir.

Dünyanın ən yaxşı 5 installyasiya əsəri - FOTOLAR

3. Tomas Dambo, Danimarka - "Unudulan 6 div"

Danimarkanın fərqli yerlərində hazırlanmış "divlər" uşaqlardan savayı böyüklər üçün də maraq doğurur. Digər maraqlı tərəfi isə, təbii ləvazimatlarla hazırlanan divlərə ad da verilib: Balaca Tayld, Sevimli Tedi, Dağdakı Tomas, Körpüaltı Oskar, Təpədəki Trin və Yatan Luis. Heykəllərin bəzi özəllikləri də var. Talydın göbəyində 28 quş evi var, Luisin isə ağzından içəri girmək olur. 

Dünyanın ən yaxşı 5 installyasiya əsəri - FOTOLAR

4. Edoardo Tresoldi, Əbu Dəbi - "Ruh bağçası"

Sənətçi "mənzərə" olaraq adlandırdığı heykəlini sadəcə məftil istifadə edərək hazırlayıb. Saray şəklində olan əsər təbii elementlər sayəsində gerçək kimi görünür. İnstallyasiya fərqli hissələrə ayrılaraq Birləşmiş Ərəb Əmirliklərindəki müxtəlif universitetlərdə, muzey və parklarda sərgilənəcək. 

Dünyanın ən yaxşı 5 installyasiya əsəri - FOTOLAR

5. Lazerian Studiya / Liam Hopkins, Lankaşir - "Xromatoqrafiya"

İngiltərənin Lankaşir qraflığında XVIII əsrdə pambıq birjası binası və kinoteatr olaraq istifadə olunan keçmiş bina bu il "Xromatoqrafik qoza" üçün qısa müddətlik açılıb. Xüsusi kardonlardan hazırlanan qozaların uzunluğu 3 metrdir. Bu əsərlər istehsalla sənət arasında görülməyən bağlılığı əks etdirir. 

Dünyanın ən yaxşı 5 installyasiya əsəri - FOTOLAR

İşlərin gözəlliyini nəzərə alaraq 2016-ci ilin ən yaxşı installyasiyalarını da təqdim edirik:

Elvin Mahmudov
Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti