Rusiyanın tanınmış telekanallarından biri bağlanıb

19-08-2017, 14:04
Oxunub: 42
Avqustun 18-də şirkətin 90 əməkdaşının ixtisar olunduğu barədə məlumat yayılmışdı


Rusiyanın “Life” telekanalı yayımını dayandırıb.

Report BBC-yə istinadən xəbər verir ki, bunu “News Media” holdinqinin direktoru Aram Qabrelyanov bildirib.

Onun sözlərinə görə, bundan sonra kanalı sosial şəbəkədə və saytda izləmək mümkün olacaq.

Avqustun 18-də şirkətin 90 əməkdaşının ixtisar olunduğu barədə məlumat yayılmışdı.

Qeyd edək ki, bu telekanal Azərbaycan ictimaiyyətinin yadında işğal altında saxlanılan Dağlıq Qarabağla bağlı saxta məlumatlar yayması ilə yadda qalıb. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti