Keçmiş baş prokuror Maduronu korrupsiya qalmaqalında ittiham edib

19-08-2017, 13:49
Oxunub: 64
"Bütün bunlara regionun əsas korrrupsiya işi olan "Odebrecht" hadisəsi ilə birlikdə baxılmalıdır"


Venesuelanın keçmiş baş prokuroru Luis Orteqa Dias ölkə prezidenti Nikolas Maduronu Braziliyanın "Odebrecht" tikinti şirkəti ilə korrupsiya qalmaqalında ittiham edib.

Report xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Bütün bunlara regionun əsas korrrupsiya işi olan "Odebrecht" hadisəsi ilə birlikdə baxılmalıdır. Onlar bilirlər ki, bizdə bütün əməliyyatlar, məbləğ, varlanan şəxslər, həmçinin istintaq sübutlarının Nikolasi Maduro və onun ətrafı ilə bağlı olması barədə informasiyalar var", - deyə o bildirib.

Daha əvvəl isə Maduro bildirib ki, Diasın baş prokuror vəzifəsindən azad edilməsi daxili məsələdir. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti