Sabah hava yağmursuz olacaq

19-08-2017, 13:39
Oxunub: 53
Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75 %, gündüz 45-50 % olacaq


Avqustun 20-də Bakıda və Abşeron yarımadasında havaşəraiti yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) APA-ya verilən məlumata görə, şimal-şərq küləyi  gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə  23-26° isti, gündüz  31-36° isti, Bakıda gecə  23-25° isti, gündüz  33-35° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 761  mm civə sütunu təşkil edəcək, nisbi rütubət  gecə 65-75 %, gündüz 45-50 %  olacaq. 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  25-26°,Türkan, Hövsan, Sahil, Şıxda  26-27° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən, yağmursuz keçəcək. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə  20-25°, gündüz  32-37° isti, dağlarda gecə 15-20°, gündüz  23-28° isti olacağı gözlənilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti