DİN: Avtobus sürücüsünə silah çəkən şəxsin kimliyi tam müəyyənləşib

19-08-2017, 13:34
Oxunub: 53
Faktla bağlı cinayət işi başlanılıb


Daxili İşlər Nazirliyi Bakıda marşrut avtobusunda sərnişinin sürücüyə silah çəkməsi ilə bağlı yayılan video-görüntülərə münasibət bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 18-də saat 20 radələrində Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə zəng edən şəxs A.Məmmədov küçəsindəki dayanacaqda 85 saylı xətt avtobusuna minmiş naməlum şəxsin üzərində olan tapança ilə sürücüyə hədə-qorxu gəlməsini bildirib.
 
Dərhal görülən tədbirlərlə sürücü Şamaxı rayon sakini Gülağa Xudaverdiyevə qarşı odlu silaha bənzər əşya nümayiş etdirməklə xuliqanlıq edənin şəxsiyyəti müəyyənləşib və hazırda onun yaxalanması üçün zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
 
Faktla bağlı cinayət işi başlanılıb. Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti