Burundidə iki gecə klubunda partlayış olub, 3 nəfər ölüb, 27 nəfər yaralanıb

18-08-2017, 19:32
Oxunub: 74
Hücum edənlər müştəriləri qarət etməyə, yaxud gecə klubundan nəsə oğurlamağa cəhd göstərməyib


Burundinin paytaxtı Bujumbura şəhərində naməlum şəxslər iki gecə klubuna hücum edib. 

Report RİA “Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 27 nəfər yaralanıb.

İnformasiyaya əsasən, naməlum şəxslər gecə klubuna qranat atıb. Partlayış nəticəsində bir nəfər hadisə yerində ölüb, xəsarət alan 29 nəfər xəstəxanaya çatdırılıb. Onlardan ikisi də xəstəxanada dünyasını dəyişib. 

Şahidlər bildirib ki, hücum edənlər müştəriləri qarət etməyə, yaxud gecə klubundan nəsə oğurlamağa cəhd göstərməyib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti