Azərbaycan Prezidenti əfqanıstanlı həmkarını münasibətilə təbrik edib

18-08-2017, 18:53
Oxunub: 71
Azərbaycan Prezidenti bu xoş gündə Əfqanıstan dövlətinin başçısına möhkəm cansağlığı arzulayıb


Azərbaycan Prezidenti İlham ƏliyevƏfqanıstanın dövlət başçısı Məhəmməd Əşrəf Qaniyə ölkəsinin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

Report xəbər verir ki, Prezident Məhəmməd Əşrəf Qanini öz adından və Azərbaycan xalqı adından ürəkdən təbrik edən dövlət başçısı inandığını bildirib ki, Azərbaycan ilə Əfqanıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək.

Azərbaycan Prezidenti bu xoş gündə Əfqanıstan dövlətinin başçısına möhkəm cansağlığı, işlərində uğurlar, dost Əfqanıstan xalqına sülh və tərəqqi arzulayıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti