Deputat Novruz Aslanov seçiciləri qəbul edib

18-08-2017, 17:23
Oxunub: 67
Sakinlər millət vəkilinə müxtəlif mövzularda müraciətlər ediblər


Avqustun 18-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonuna növbəti səfərini edib.

Deputatın qərargahından APA-ya verilən məlumata görə, bu dəfə millət vəkili Uştal, Soltankənd və Qələyə kəndlərində seçicilərini qəbul edib, onları maraqlandıran məsələlər barədə müzakirələr aparıb. Sakinlər millət vəkilinə müxtəlif mövzularda müraciətlər ediblər. Əsasən sosial yönümlü məsələlər diqqət mərkəzində olub. Bununla yanaşı Qələyə kəndinə suyun və təbii qazın verilməsi məsələsi də müraciətlər sırasında olub. Deputat bu problemlərin həlli üçün əlaqədar qurumlara müraciətin ediləcəyini bildirib. Bir neçə məsələ yerindəcə öz müsbət həllini tapıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti