Masallı Sənaye Məhəlləsində tikinti işlərinin 20%-i görülüb

18-08-2017, 16:12
Oxunub: 94
Masallı Sənaye Məhəlləsindəki tikinti işlərinin 2018-ci ilin birinci rübündə başa çatdırılması nəzərdə tutulur


Masallı Sənaye Məhəlləsində tikinti işlərinin 20%-i görülüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, bu barədə Masallı sənaye məhəlləsində tikinti işləri üzrə layihə rəhbəri Qurban Burcəliyev məlumat verib. Onun sözlərinə görə, artıq Masallı Sənaye Məhəlləsində torpaq sahələrinin düzlənməsi işləri başa çatdırılıb: “Hazırda binaların təməlinin qoyulması və kommunikasiya xətlərinin çəkilməsi işləri aparılır. Tikinti işlərinin qrafikə uyğun və fasiləsiz aparılması məqsədilə Masallı Sənaye Məhəlləsində su, elektrik təminatı kimi müvəqqəti infrastruktur yaradılıb, zəruri texnika iş prosesinə cəlb edilib, mal-materialların saxlanması üçün müvəqqəti anbarlar quraşdırılıb, işçilərin normal iş şəraitinin təmin olunması üçün yeməkxana və sanitar qovşaq tikilib”.

Ümumiyyətlə, Masallı Sənaye Məhəlləsində həyata keçirilən tikinti işlərinə 200 nəfərə yaxın işçi cəlb olunub  ki, bunların əksəriyyəti yerli sakinlərdir. 

I mərhələdə Masallı Sənaye Məhəlləsində ümumi sahəsi 7006 kvadratmetr olan 3 istehsalat korpusu, sahəsi 1251 kvadratmetr olan 2 mərtəbəli inzibati bina və digər köməkçi sahələr tikiləcək, məhəllənin bütün ərazisində zəruri infrastruktur (elektrik, qaz, su və rabitə) yaradılacaq.

Qeyd edək ki, Masallı Sənaye Məhəlləsinə sahibkarlar tərəfindən böyük maraq var. Artıq sahibkarlar tərəfindən ümumi dəyəri 33 mln. manatdan çox olan 33 layihə təklifi “Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə təqdim olunub. Bu layihələr əsasən mebel istehsalı, avtomobil təmiri, alüminium və plastik qapı-pəncərə istehsalı, müxtəlif növ tikinti materiallarının istehsalı sahələrini əhatə edir.

Masallı Sənaye Məhəlləsində həyata keçirilən tikinti işlərinin 2018-ci ilin birinci rübündə başa çatdırılması nəzərdə tutulur.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti