Tatarıstanda Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert keçiriləcək

18-08-2017, 14:37
Oxunub: 311
Konsert bu il oktyabrın 1-nə planlaşdırılıb


Abdulla Tuqay adına Tatarıstan Dövlət Filarmoniyası tanınmış Sovet və Azərbaycan müğənnisi, bəstəkarı Müslüm Maqomayevin xatirəsinə konsert proqramı təşkil edəcək.

Report "Tatar-inform" istinadən xəbər verir ki, konsert bu il oktyabrın 1-nə planlaşdırılıb.

Konsert proqramında görkəmli sənətkarın repertuarından olan ən yaxşı mahnıları Yevgeni Kunqurov, Boris Dyakov, İrina Kostina, İqnat Izotov və Rezeda Qalimova ifa edəcəklər. Konsertdə həmçinin azərbaycanlı baritonu Cavid Səmədov də iştirak edəcək.

Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya gecənin xüsusi qonağı olacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti