Gürcüstanda azərbaycanlıların yaşadığı rayonda etiraz aksiyası keçirilib

17-08-2017, 19:25
Oxunub: 327
Etirazçılar tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə aksiyaları davam etdirəcəklərini bildiriblər


Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunda etiraz aksiyası keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, etirazçılar hakim “Gürcü arzusu” partiyasından yerli idarəetmə orqanlarına seçkilərdə rayonun hazırkı icra başçısı Qoça Camaraulinin namizədliyinin irəli sürülməsini tələb ediblər.

Aksiya iştirakçıları bildiriblər ki, yerli mətbuat hakim partiyanın Qardabani rayonunun icra başçısı vəzifəsinə başqa namizədi irəli sürəcəyi barədə məlumat yayıb. Onların sözlərinə görə, hazırkı icra başçısının rəhbərliyi altında Qardabani rayonunda və kəndlərdə bir sıra abadlıq işləri həyata keçirilib.

Etirazçılar tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə aksiyaları davam etdirəcəklərini bildiriblər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti