Bakıda həvəskar rəssamın sərgisi açılıb

17-08-2017, 15:17
Oxunub: 452
Sərgi bir həftə davam edəcək


Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda həvəskar rəssam Nazim Həsənzadənin sənət əsərlərindən ibarət sərgi açılıb.

Report xəbər verir ki, Rəssamlar İttifaqının təşkilatçılığı ilə gerçəkləşən sərgidə fırça ustasının 80-dək əsəri nümayiş olunur.

Sərginin açılışında Azərbaycan Rəssamlar İttifaqının məsul katibi, Əməkdar İncəsənət Xadimi Rafiq Kərimov çıxış edərək, rəssamın əsərlərinin əhəmiyyətindən danışıb. Rəssamın yaradıcılığını yüksək qiymətləndirən R.Kərimov ona sənət uğurları arzulayıb.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərgi bir həftə davam edəcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti