Tanınmış amerikalı basketbolçu vəfat edib

17-08-2017, 14:55
Oxunub: 320
Hokins “Notr-Dam” kollecinin komandasının ilk qaradərili basktebolçusu olub


Tanınmış amerikalı basketbolçu Tom Hokins vəfat edib. “Report”un məlumatına görə, 81 yaşlı veteran idmançı Kaliforniya ştatının Malibu şəhərindəki evində dünyasını dəyişib.

Hokins “Notr-Dam” kollecinin komandasının ilk qaradərili basktebolçusu olub. O, peşəkar karyerasını başa vurduqdan sonra radio və televiziyada şərhçi kimi fəaliyyət göstərib. Həmçinin “Los-Anceles Docers” beysbol klubunun vitse-prezidenti olub.

Qeyd edək ki, Tom Hokins “Minneapolis Leykers”, “Los-Anceles Leykers” və “Sakramento Kinqz” klublarında çıxış edib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti