Azərbaycan gömrükçüləri 39 ədəd mobil telefon müsadirə edib

17-08-2017, 14:49
Oxunub: 359
Faktla bağlı araşdırma aparılır


Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi BMV markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

“Report” DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacağının içərisindən gömrük nəzarətindən gizlədilən və hər hansı aksesuarı olmayan 39 ədəd "H-Mobile" markalı mobil telefonlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti