Bakıda İndoneziyanın müstəqilliyinin ildönümü ilə əlaqədar mərasim keçirilib

17-08-2017, 13:42
Oxunub: 296
Hüsnan bəy Fənani xalqının müstəqillik uğrunda apardığı mübarizədən danışıb


İndoneziyanın Azərbaycandakı səfirinin iqamətgahında bu ölkənin müstəqilliyinin 72 illiyi ilə əlaqədar bayraqqaldırma mərasimi keçirilib.

APA- nın məlumatına görə, ilk olaraq tədbirdə İndoneziyanın dövlət himni səsləndirilib. Tədbirdə çıxış edən səfir Hüsnan bəy Fənani xalqının müstəqillik uğrunda apardığı mübarizədən danışıb. O, Azərbaycanla İndoneziyanın qardaş olduğunu deyərək iki ölkə arasında münasibətlərin ilbəil gücləndiyini bildirib. 

Səfir bu il Azərbaycan prezidentinin İndoneziyaya səfərinin planlaşdırıldığını nəzərə çatdıraraq bu səfərin iki ölkə arasındakı münasibətləri daha da gücləndirəcəyini əlavə edib.

Tədbirdə İndoneziya səfirliyi tərəfindən Xarici Dillər Universitetinin İndoneziya dilini öyrənən tələbələri arasında keçirilmiş müsabiqənin qalibləri mükafatlandırılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti