Respublika Talassemiya Mərkəzi haqqında yeni qərar qəbul edilib

17-08-2017, 13:05
Oxunub: 1913
Yeni qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək


Nazirlər Kabineti Səhiyyə Nazirliyinin Respublika Talassemiya Mərkəzi haqqında qərar qəbul edib. Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, yeni qərara əsasən, Respublika Talassemiya Mərkəzinin saxlanılması xərcləri 2018-ci ildən etibarən dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ayrıca sətirlə nəzərdə tutulacaq.

Qərar Səhiyyə Nazirliyinin Maliyyə Nazirliyiilə razılaşdırılmış təklifini nəzərə alaraq qəbul edilib. Yeni qərar  2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti