Öz çiyninə dırmaş, başqa cür necə yüksələ bilərsən ki?..

16-08-2017, 14:49
Oxunub: 1228
Fəlsəfənin işi həqiqət axtarmaq deyil, həyat problemlərini həll etməkdir


“Bir mətn çox fikir meydana gətirir: tam doğru fikir yoxdur”
Fridrix Vilhem Nitsşe.

Fridrix Nitsşe başa düşülmür. Belə mülahizəni əsaslandırmaq üçün çox şey lazımdır. Belə bir mülahizə etdikdən sonra da deyiləcək çox söz yoxdur.

Tək əsaslı, eyni baxışlı fikir bir “qayda”ın olmaması səbəbindəndirmi?

- Xeyr, nə qədər “qayda” varsa (müxtəlif mövzularda müxtəlif “qaydalar” var), hamısı eyni və əsaslıdır, bunların hamısı bir araya gəldikdə sistem yaratmasa da, təksistemli baxışın məhsuludur - bəs onda?

Niyə başa düşülməz olsun?

Nitsşenin hər yazdığı strategiyalıdır - düz, məntiqi mənası ilə bir döyüşün necə qazanıla, bir düşmənin necə məğlub edilə biləcəyinə, bir problemin necə həll ediləcəyinə istiqamətlidir.

Çünki Nitsşenin hər yazdığı perspektivdir: bir mövzu haqqında düşünərkən müəyyən bir bucaqdan necə görünür deyə fikirləşir. Çünki axtardığı həqiqət deyil. Bilir ki, onsuz da insanın həqiqət hesab etdiyi ancaq öz baxış bucağından elədir, mütləq həqiqət deyə bir şey yoxdur.

Fəlsəfənin işi həqiqət axtarmaq deyil, həyat problemlərini həll etməkdir. Bu da müxtəlif baxış bucaqlarından çox fərqli formalarda edilə bilər. Fəlsəfə belə anlaşıldıqda necə edilə bilər? Əvvəlcə bunu soruşmaq lazım idi, amma bilirik ki, Nitsşe edə bilib. O, bunu necə edib?

Zərdüşt “Öz çiyninə dırmaş, başqa cür necə yüksələ bilərsən ki...” deyir. Fəlsəfə öz çiyninə dırmaşmaq işidir, yəni özünü özündə olan bir şey olaraq axtarmaq və tapmağa çalışmaq, tapdıqda onu da aşmaq - sonrakı səviyəyə keçmək.

Problem məndən qaynaqlanan bir şeydir, problemi mən yaradıram. Dolayı olaraq problemi həll etmək, özümdəki bir şeylə çalışmaq, özümdə səhv olan bir şeyi düzəltmək, özümü əyri durduğum nöqtədə düzəltməyimdir. Fəlsəfə özünlə didişmədir:

Şəxsi xüsusiyyətlərim haradan qaynaqlanır? Bu inancımı necə əldə etmişəm? Bu ehtirasın təməli nədir? Bu düşüncəyə necə gəlmişəm?

Fəlsəfə təməl olaraq “mən nəyəm?” sualına cavab axtarmaq səyidir. Fəlsəfə özünü problem olaraq görə bilən bəzi insanların, öz üzərlərində yeritdikləri bir öyrənmə səyi, özünü anlamaq məşğuliyyətidir. Nitsşe bu məşğuliyəti XX əsrə aparmış olan şüurdur. Nitsşedən ancaq özünü anlamağa çalışanlar bir şeylər anlaya bilər, anladıqda da Nitsşeni deyil, özlərini anladıqlarını anlayaraq.

Tərcümə: Ramilə Heydərova
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti