Azərbaycan qızıl istehsalını 3,2 dəfə artırıb

15-08-2017, 15:20
Oxunub: 279
19,6 kq hazır məhsul ehtiyatı yaranıb


Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 3 605 kq qızıl istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, 2016-cı ilin 7 ayı ilə müqayisədə 3,2 dəfə çoxdur. Nəticədə bu ilin avqustun 1-nə 36,5 kq hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin 7 ayı ərzində ölkədə 204,7 kq gümüş istehsal edilib ki, bu da ötən ilin 7 ayı ilə müqayisədə 7% azdır. Nəticədə bu ilin avqustun 1-nə 19,6 kq hazır məhsul ehtiyatı yaranıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti