Uşaqlar üçün yardım kampaniyası başladı - SƏN DƏ QOŞUL!

15-08-2017, 13:31
Oxunub: 1756
"Kampaniya çərçivəsində pul qəbul edilmir, yalnız məktəbli ləvazımatları..."


Milli Fikir Mərkəzi “Gələcəyimizə dəstək olaq” adlı yeni layihəyə başlayıb.
 
Mərkəzin mətbuat xidmətindən Etatist.com-a verilən məlumata görə layihənin məqsədi maddi çətinlik ucbatından məktəbə gedə bilməyən uşaqlara dəstək olmaq, onları az da olsa sevindirməkdir. Layihə rəhbəri İlahə İbrahimova bildirib ki, kampaniyaya olduqca böyük diqqət var:
 
“Biz hələlik Bakı və ətraf qəsəbələri, kəndləri gəzərək imkansız ailələrlə tanış oluruq, sonra onların öz razılığını da alaraq uşaqlarının adını qeyd edirik. Hələlik qeydiyyata 23 nəfər alınıb. Onu da bildirim ki, kampaniya çərçivəsində pul qəbul edilmir, yalnız məktəbli ləvazımatları...
 
Düşünürük ki, hər kəsin oxumağa haqqı var, ona görə də belə kampaniya başlamağı özümüzə borc bildik. İnanıram ki, hər kəs əlindən gələn dəstəyi edəcək – bir dəftər, bir qələm belə həmin uşaqlar üçün böyük şeydir. Həmin uşaqların arasında gələcəyin uğurlu diplomatları, siyasətçiləri, bacarıqlı rəssamları, məşhur musiqiçiləri, yazıçıları, vicdanlı müəllimləri, polisləri var və sizin aldığınız bir qələm həmin istedadı ortaya çıxarmağa kömək olacaq. Kampaniyanın adı da məhz buna görə “Gələcəyimizə dəstək olaq” seçilib.
 
İ.İbrahimova əlavə edib ki, bu tipli kampaniyalar davamlı olacaq:
 
“Biz uşaqlarla söhbətləşəndə onlardan gələcəkdə hansı peşəni seçmək istədiklərini soruşuruq. Onların cavabı hazırdır – polis, yanğınsöndürən, müəllim... Yəni onlar hansı peşəyə yiyələnmək istədiklərini seçiblər, gerisi bizim üzərimizə düşür”.
 
Qeyd edək ki, kampaniya çərçivəsində məktəbli ləvazımatları toplanacaq və 10-12 sentyabr tarixlərində əvvəlcədən müəyyən edilmiş uşaqlara paylanacaq.

Alınan əşyaları təhvil vermək üçün 0556011366 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Yardım etmək istəyənlər üçün lazımi məktəbli ləvazimatlarının siyahısı:
- Dəftər (12, 20, 40 vərəqli düzxətli və damalı);
- rəngli karandaşlar, sulu boya, qara karandaş, karandaş yonan, pozan, rəsm albomu, papka;
- xətkeş, flamaster, qələm;
- çanta, su qabı, qələm qabı.
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti