Gürcüstanın Azərbaycana olan borcunun həcmi açıqlanıb

14-08-2017, 17:40
Oxunub: 326
Gürcüstanın Azərbaycana dövlət borcu 9 milyon 342 min dollar təşkil edir


2017-ci il 31 iyul tarixinə olan məlumata əsasən Gürcüstanın xarici dövlət borcu və dövlət zəmanəti altında götürülən kreditlərin həcmi 4,9 milyard dollar təşkil edib.

APA-nın yerli bürosunun Gürcüstanın Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, ümumi borcun 4,8 milyard dolları hökumətin payına düşür.

Gürcüstanın Azərbaycana dövlət borcu 9 milyon 342 min dollar təşkil edir.

Qonşu ölkənin ən çox Almaniya (284 milyon dollar), Yaponiya (208 milyon dollar) və Fransaya (təqribən 114 milyon dollar) dövlət borcu var.

Gürcüstanın Türkiyə, Rusiya və Ermənistana olan dövlət borcu müvafiq olaraq 18 milyon, 75 milyon və 11 milyon dollar təşkil edir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti