Gürcüstanın xarici ticarət dövriyyəsi 13 faiz artıb

14-08-2017, 13:43
Oxunub: 312
Ticarət kəsiri isə 49 faiz (2782,4 milyon dollar) olub


2017-ci ilin yanvar-iyul aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 5674,7 milyon dollar təşkil edib.

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinə istinadla xəbər verir ki, bu, ötən ilin analoji göstəricisindən 13 faiz çoxdur.

Qeyd olunan dövrdə qonşu ölkənin ixracı 28,9 faiz artaraq 1446,2 milyon dollar, idxal isə 8,5 faiz artaraq  4228,6 milyon dollar təşkil edib.

Ticarət kəsiri isə 49 faiz (2782,4 milyon dollar) olub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti