Bakıda avtobus aşıb; xeyli yaralı var

18-04-2013, 18:49
Oxunub: 3650


Son 24 saat ərzində paytaxtda üç avtobus qəzası baş verib, 31 nəfər yaralanıb.

 

Etatist.com-un APA-a istinadən verdiyi məlumata görə, hadisə bu gün saat 17.00 radələrində Bakı Dairəvi Yolunda qeydə alınıb. "Sədərək” ticarət mərkəzi istiqamətində hərəkət edən 211 saylı xətt avtobusu idarəetməni itirərək aşıb. Nəticədə avtobusda olan sərnişinlərdən 15 nəfər xəsarət alıb.


Bakı şəhər Təcilli Tibbi yardım Stansiyasından APA-ya bildirilib ki, baş verən qəza ilə bağlı onlara 10 nəfər müraciət edib. Onların hamısı xəstəxanaya yerləşdiriliblər.

Hazırda hadisə yerində araşdırma aparılır.

Qeyd edək ki, bu, 24 saat ərzində paytaxtda baş verən sayca üçüncü avtobus qəzasıdır.

Dünən axşam metronun "Koroğlu” stasiyası yaxınlığındakı avtomobil dairəsindən Sabunçu rayonu istiqamətində hərəkətdə olan sərnişin avtobusunun iştirakı ilə ağır yol qəza hadisəsi baş verib.

 

 

Zəncirvari yol qəzası nəticəsində 189 saylı marşrut üzrə hərəkət edən "Daewoo” markalı sərnişin avtobusu, "KamAZ” markalı yük maşını, iki "Mercedes” və bir "VAZ 21015” markalı minik  avtomobilləri toqquşub. Hadisə nəticəsində 6 nəfər ağır yaralanıb.

İkinci hadisə isə bu gün günorta saatlarında Bayıl qəsəbəsində qeydə alınıb. 88 və 147 saylı xətt avtobuslarının toqquşması nəticəsində 10 nəfər xəsarət alıb, onlardan 7 nəfərin vəziyyəti ağırdır. Ümumilikdə son 24 saat ərzində paytaxtda baş verən avtobus qəzalarında 31 nəfər yaralanıb.
Şərhlər : 1 Şərh yaz
Xuraman 19 aprel 2013 11:06  
Mən xahiş edərdim deputatlaedan,yol polisindən sürət həddini aşan ,avtomobili içkili idarə edən sürücülər ömürlük sürücülük hüququndan məhrum edilsin. Başqa çarə yoxdur. Sərnişin daşıyan nəqliyyat vasitələrinin sürücülərinin sənədləri hər gün xəttə buraxılmamazdan əvvəl mütləq yoxlanılsın. bir də sərnişinlərin də günahı ondadır ki, sürət həddini aşan sürücüyə hamı birlikdə iradını bildirsin ,Yoxsa kimsə dillənir,başqaları etinasız yanaşır,sürücü də onun sözünü qəribliyə salır. hadisə olandan sonra təüssüflənməyin heç bir əhəmiyyəti yoxdur.Bir də sürücülərin plan söhbəti hələ çox canlar alacaq.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti