Nepalda daşqınlar və sürüşmələr nəticəsində ölənlərin sayı 40-a çatıb

13-08-2017, 14:47
Oxunub: 48
Yüzlərlə ev suyun altında qalıb, xeyli sayda ailə başqa ərazilərə təxliyə edilib


Nepalda daşqınlar və sürüşmələr nəticəsində ölənlərin sayı 40-a çatıb.

Report xəbər verir ki, bu barədə "France Presse" ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.

"Cümə günündən daşqınlar və sürüşmələr nəticəsində azı 40 nəfər ölüb" – deyə ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi Dipak Kafle agentliyə bildirib. Onun sözlərinə görə, axtarış-xilasetmə qrupu təbii hadisənin baş verdiyi yerdə işini davam etdirir. 

Leysan yağışlar cümə günü səhərdən ölkənin bir neçə vilayətini ağuşuna alıb. Hakimiyyət orqanları rəsmilərinin sözlərinə görə, əsas çaylardan birində suyun səviyyəsi normanı ötüb.

Yüzlərlə ev suyun altında qalıb, xeyli sayda ailə başqa ərazilərə təxliyə edilib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti