Britaniyada 40 neonasist müsəlmanlar əleyhinə terror hazırlamaqda şübhəli bilinir

13-08-2017, 14:02
Oxunub: 25
Qəzetin müsahibi radikallar tərəfindən təşkil edilmiş terror aktlarının sayının artmasını qabaqcadan xəbər verib


Britaniya polisi ölkədə müsəlmanlar əleyhinə silsilə terror aktları hazırlamaqda şübhəli bilinən 40 neonasistlə bağlı təhqiqat aparır.

Report-un məlumatına görə, bu barədə "Sunday Times" nəşri istintaqa yaxın olan mənbəyə istinadən xəbər verib.

Qəzetin xəbərində bildirilir ki, ekstremistlərin böyük əksəriyyəti Yorkşir qraflığında yaşayır. Onların fəaliyyəti keçən ilin iyununda, İcmalar Palatasının deputatı Co Koskun öldürülməsindən sonra aktivləşib. Təhqiqata ölkənin "Mİ-5" xidməti də qoşulub.

Bildirilir ki, neonasistlər hücum planlarını hazırlayan vaxt neonasistlər müsəlman icmalarının nümayəndələriylə tanışlıq əlaqələr qururlar və İslam təşkilatlarının, birləşmələrin işini öyrənirlər, həmçinin ən zəif hədəfləri diqqətlə seçirlər.

Qəzetin müsahibi radikallar tərəfindən təşkil edilmiş terror aktlarının sayının artmasını qabaqcadan xəbər verib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti