ABŞ Əfqanıstanda İŞİD-in 4 komandirinin öldürüldüyünü bildirib

13-08-2017, 13:22
Oxunub: 22
"Abdul Rəhmanın zərərsizləşdirilməsi "İŞİD-Xorasan" təşkilatının rəhbərliyinə daha bir zərbədir"


Əfqanıstana endirilmiş hava zərbələri nəticəsində İŞİD terror qruplaşmasının 4 yüksək vəzifəli üzvü məhv edilib.

Report xəbər verir ki, bu barədə "Reuters" Kabildəki ABŞ komandanlığına istinadən məlumat yayıb.

Komandanlığın məlumatına görə, Kunar vilayətində keçirilmiş əməliyyat zamanı özünü əmir elan etmiş "İŞİD-Xorasan" qrupunun rəhbəri Abdul Rəhman məhv edilib. 

"Abdul Rəhmanın zərərsizləşdirilməsi "İŞİD-Xorasan" təşkilatının rəhbərliyinə daha bir zərbədir", - deyə Əfqanıstanda Amerika qoşunlarının komandanı, general Con Nikolson bildirib. Onun sözlərinə görə, Əfqanıstanda İŞİD döyüşçülərinin üzərində qələbə bu il əldə ediləcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti