Nepalda azı 30 nəfər daşqınların qurbanı olub

13-08-2017, 13:01
Oxunub: 63
Daşqınlar Biratnaqar hava limanının fəaliyyətinin müvəqqəti dayandırılmasına səbəb olub


Nepalda son sutka ərzində baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 30 nəfər  ölüb.  

APA-nın “TASS”a istinadən verdiyi xəbərə  görə, təbii fəlakət ölkəyə ciddi maddi ziyan vurub.  

Məktəb və inzibati binalarda evsiz qalan sakinlər üçün müvəqqəti sığınacaqlar yaradılıb. Hərbçi, polis və sakinlərdən ibarət xilasedici dəstələr yaradılıb.

Daşqınlar Biratnaqar hava limanının fəaliyyətinin müvəqqəti dayandırılmasına səbəb olub. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti