Pakistanda bazarda partlayış törədilib, 15 nəfər ölüb

13-08-2017, 12:59
Oxunub: 78
İŞİD partlayışa görə məsuliyyəti öz üzərinə götürüb


Pakistanın Kvetta şəhərində bazarda partlayış törədilib, nəticədə 15 nəfər ölüb, 40 nəfər xəsarət alıb. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Pakistan DİN-in Belucistan əyaləti üzrə nümayəndəsi Sarfraj Buqqi deyib.  

Məlumata görə, partlayış motosikletlə hərəkət edən terrorçu-kamikadze tərəfindən törədilib.

İŞİD partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.   
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti