ABŞ-da polis helikopteri qəzaya uğrayıb, ölənlər var

13-08-2017, 12:54
Oxunub: 55
Aksiyalarda iştirak etmək üçün şəhərə ümumilikdə 6 minədək ultrasağçı gəlib


ABŞ-da, iğtişaşların baş verdiyi Şarlottsvill şəhərində polis helikopteri qəzaya uğrayıb, nəticədə 2 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Virginiya ştatının polis idarəsinin məlumatında bildirilir.

Məlumata görə, insident yerli vaxtla 17.00 radələrində (Bakı vaxtı ilə 01.00) meşə massivində baş verib. Hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, Şarlottsvill şəhərində solçularla ultrasağçılar arasında baş verən toqquşmalarla əlaqədar Virginiya ştatında artıq bir neçə gündür fövqəladə vəziyyət elan edilib. İnsidentlər nəticəsində 1 nəfər ölüb,  34 nəfər xəsarət alıb.

Ultrasağçılar hakimiyyət qurumlarının Vətəndaş müharibəsi dövründə Konfederasiya ordusunun generalı Robert Linin şəhər parkındakı heykəlini sökmək planına etiraz edirlər.  

Məlumata görə, aksiyalarda iştirak etmək üçün şəhərə ümumilikdə 6 minədək ultrasağçı gəlib.  
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti