Bu gün nələr baş verib? - Günün icmalı

12-08-2017, 20:34
Oxunub: 27
Azərbaycan nefti ucuzlaşıb


Etatist.com 12.08.2017 tarixində ölkədə baş verən hadisələrin qısa icmalını təqdim edir:

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 132 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli, Quşçu Ayrım, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib.
Müsahibə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsindən uğurla keçən fiziki tərbiyə müəllimləri üçün təşkil olunub.

Azərbaycan nefti ucuzlaşıb.
"AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,82 dollar və ya 1,52% azalaraq 53,30 dollar təşkil edib.

Avqustun 11-i müvafiq dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, özəl sektorun iştirakı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) Xəzərin ekoloji problemləri, görülən işlər və ictimaiyyətin Xəzər dənizinin mühafizəsi prosesinə cəlb edilməsi mexanizmi müzakirə olunub.
ETSN-nin mətbuat xidmətindən verilən məlumata görə, gənclər və yeniyetmələrlə birgə maarifləndirici tədbirlər təşkil edilib.

“Azərsu” ASC özünün daxili vəsaiti hesabına polad və polietilen borular üçün xomutların alınması məqsədilə açıq tender elan edib.
Tender bir lot üzrə keçirilir və iştirak haqqı 300 manat təşkil edir.
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti