“Ankara-Berlin münasibətləri Bundestaqa seçkilərdən sonra düzələcək”

12-08-2017, 18:57
Oxunub: 70
Türkiyə-Almaniya münasibətlərinin pisləşməsinə səbəb Avropanın daxili siyasəti olub


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara-Berlin münasibətlərinin gələn ay Almaniyada keçiriləcək parlament seçkilərindən sonra normallaşacağını bəyan edib.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, o bildirib ki, Türkiyə-Almaniya münasibətlərinin pisləşməsinə səbəb Avropanın daxili siyasəti olub.

Ərdoğan qeyd edib ki, bu siyasət Avropa İttifaqı ölkələrində seçkiöncəsi dövr üçün xarakterikdir. “Fransa ilə Avstriya da əvvəllər belə edib. İndi Almaniyanın bu strategiyadan yararlandığını görürük. Əminəm ki, vəziyyət seçkilərdən sonra düzələcək”, - deyə o vurğulayıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti