Rusiya yağış yağdıra biləcək avadanlıq istehsal edəcək

12-08-2017, 14:51
Oxunub: 27
Qurğudan kənd təsərrüfatında, eləcə də meşə yanğınları ilə mübarizədə geniş istifadə olunacaq


Rusiyada tezliklə yarım saat ərzində yağış yağdıra biləcək avadanlığın istehsal ediləcəyi gözlənilir.

Report Rusiya mətbuatına istinadla xəbər verir ki, "Rоstex” korporasiyası hidrometeoroloji proseslərə təsir göstərmək üçün xüsusi avadanlığın yaradıldığını elan ediblər. 

Texnologiyanın istehsalına 2017-ci ilin sonunda başlanılacaq. Yağış yağdıra biləcək bu qurğunun iş prinsipində yodlu gümüşdən istifadə olunub. Yaradılan vasitə artıq meşə yanğınlarının söndürülməsində sınaqdan keçirilib. Testlər uğurla başa çatıb.

Qurğudan kənd təsərrüfatında, eləcə də meşə yanğınları ilə mübarizədə geniş istifadə olunacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti