Yaponiya ölkəni Şimali Koreyanın raket hücumundan qorumaq üçün tədbirlər görür

12-08-2017, 14:49
Oxunub: 89
Yaponiya Silahlı Qüvvələri "Aegis" izləmə və müşahidə sistemi ilə təchiz olunan gəmiləri də dənizə buraxacaqlar


Yaponiya hökuməti ölkəni Şimali Koreyanın mümkün raket zərbələrindən qorumaq üçün "Patriot PAC 3" hava hücumundan müdafiə sistemləri quraşdırılmasına qərar verib. 

Report xarici KİV-lərə istinadən xəbər verir ki, hava hücumundan müdafiə sistemləri Simane, Xirosima, Exime və Koti prefekturalarda quraşdırılıb.

Eyni zamanda Yaponiya Silahlı Qüvvələri "Aegis" izləmə və müşahidə sistemi ilə təchiz olunan gəmiləri də dənizə buraxacaqlar.

Qeyd edək ki, bir müddət öncə KXDR rəsmiləri Sakit okeanında ABŞ-a məxsus Quam adasına raket zərbələri endirilməsi ilə hədələyiblər. Pxenyan rəsmiləri raketlərin Yaponiya üzərindən keçəcəyini söyləyiblər. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti