DGK: Azərbaycan-Gürcüstan sərhədində yaranan sıxlıq tam aradan qaldırılıb

12-08-2017, 14:40
Oxunub: 27
Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" sərhəd-gömrük keçid məntəqəsi normal iş rejimində fəaliyyət göstərir


Azərbaycan-Gürcüstan sərhədində yaranan sıxlıq tam aradan qaldırılıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən “APA-Economics”ə verilən xəbərə görə, həftənin istirahət günləri ilə əlaqədar olaraq bu gün səhər saatlarında Azərbaycan-Gürcüstan sərhədində sərnişinlərin və nəqliyyat vasitələrinin sayında artım müşahidə olunub və səhər saatlarından etibarən Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük postunda nisbi sıxlıq yaranıb.

Dövlət Gömrük Komitəsinin aidiyyatı qurumları dərhal gücləndirilmiş iş rejiminə keçib və görülən müvafiq tədbirlər nəticəsində qısa zaman kəsiyində gömrük postunda sıxlıq tam aradan qaldırılıb.

Hazırda Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" sərhəd-gömrük keçid məntəqəsi normal iş rejimində fəaliyyət göstərir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti