“Xəzər günü” ilə əlaqədar tədbirlər keçirilib

12-08-2017, 14:09
Oxunub: 27
Tədbirlər regionlarda da, digər Xəzər sahili zonalarda təşkil edilib


Avqustun 11-i müvafiq dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, özəl sektorun iştirakı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) Xəzərin ekoloji problemləri, görülən işlər və ictimaiyyətin Xəzər dənizinin mühafizəsi prosesinə cəlb edilməsi mexanizmi müzakirə olunub.

ETSN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, gənclər və yeniyetmələrlə birgə maarifləndirici tədbirlər təşkil edilib.
 
Tədbirdə uşaqlara Xəzər dənizinin ətraf mühitinin qorunması haqqında məlumat verilib, inşa müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib, qaliblərə hədiyyələr təqdim olunub.
 
Sonra tədbir iştirakçıları “Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi”nə aid olan və Novxanı qəsəbəsinin sahilboyu zolağında quraşdırılmış modul tipli təmizləyici qurğunun iş fəaliyyəti ilə tanış olub. 
 
Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirmək məqsədilə Novxanı çimərliyinin sahilboyu zonasında ETSN-nin əməkdaşları, ictimaiyyət nümayəndələri, yerli özünüidarəetmə orqanları ilə birgə təmizlik aksiyası keçirilərək 2 hektar ərazi tullantılardan təmizlənib.
 
Eyni zamanda belə maarifləndirici tədbirlər regionlarda da, digər Xəzər sahili zonalarda təşkil edilib. 

Xatırladaq ki, 12 avqust 2006-cı il tarixində Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il 12 avqust “Xəzər günü” kimi qeyd olunur.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti