“Azərsu” açıq tender elan edib

12-08-2017, 14:05
Oxunub: 28
İddiaçıların təklifləri 28 sentyabr saat 16:00-da göstərilən ünvanda açılacaq


“Azərsu” ASC özünün daxili vəsaiti hesabına polad və polietilen borular üçün xomutların alınması məqsədilə açıq tender elan edib.

Report-un dövrü mətbuata istinadən verdiyi xəbərə görə, tender bir lot üzrə keçirilir və iştirak haqqı 300 manat təşkil edir.

İddiaçılar tender iştirak etmək üçün zəruri sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 20 sentyabr saat 18:00-a qədər, tender təklifi və bank təminatını isə 27 sentyabr saat 18:00-a qədər Bakı şəhəri, Moskva prospekti,67, "Azərsu" ASC-nin Satınalmaların təşkili və idarə olunması Departamentinə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 28 sentyabr saat 16:00-da göstərilən ünvanda açılacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti