Naxçıvan Beynəlxalq Hava Limanının xidmətlərindən istifadə edən sərnişinlərin sayı açıqlanıb

12-08-2017, 13:30
Oxunub: 71
Naxçıvan-İstanbul reysi ilə 444 sərnişin və 5467 kiloqram baqaj daşınıb


Naxçıvan Muxtar Respublikasında havanəqliyyatı ilbəil inkişaf edir, bu sahədə müasir texnologiyalar tətbiq olunur. Naxçıvan Beynəlxalq Hava Limanının mətbuat xidmətindən “APA-Economics”ə verilən xəbərə görə, aparılan quruculuq işlərindən sonra Naxçıvan Beynəlxalq Hava Limanında sərnişin dövriyyəsi artıb və xidmətin səviyyəsi yüksəlib.

Muxtar respublikada turizmin inkişafı da gələn qonaqların və havanəqliyyatından istifadə edənlərin sayının artmasına səbəb olub.

İyul ayında yerli hava xətti ilə 36 min 433 sərnişin, 544 min 715 kiloqram baqaj, 29 min 137 kiloqram yük və 1881 kiloqram poçt daşınıb. Beynəlxalq hava xətti ilə Naxçıvan-Moskva reysi üzrə 558 sərnişin, 9062 kiloqram baqaj, Naxçıvan-İstanbul reysi ilə 444 sərnişin və 5467 kiloqram baqaj daşınıb.

Bu dövrdə Naxçıvan Beynəlxalq Hava Limanında teleskopik traplara, nəzarət-müşahidə kameralarına və kompüterlərə texniki baxış keçirilib, aerodrom ərazisindəki elektrik, işıqlandırma, rabitə, soyutma və havalandırma sistemlərinə texniki qulluq göstərilib, uçuş-enmə zolağı, dönmə yolları və dayanacaqlar mütəmadi yoxlanılmış, uçuşların vaxtında və təhlükəsiz təşkili təmin edilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti