Korsika adasında meşə yanğınları ilə əlaqədar 700 nəfər evakuasiya edilib

12-08-2017, 13:06
Oxunub: 51
Evakuasiya edilən insanların əksəriyyəti adaya istirahətə gəlib


Fransanın Korsika adasında meşə yanğınları səbəbi ilə 700 nəfər evakuasiya edilib.

APA-nın xəbərinə görə, bu barədə “Frans Press” məlumat yayıb.

Bildirilir ki, evakuasiya edilən insanların əksəriyyəti adaya istirahətə gəlib.

Meşə yanğınları avqustun 11-də gecə saatlarında Yuxarı Korsika Departamentində başlayıb. Yanğın 70-100 hektar sahəni əhatə edir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti